Modern.az

Paşinyan bu dəfə nazirləri səhv saldı

Paşinyan bu dəfə nazirləri səhv saldı

Dünya

20 Avqust 2020, 13:01

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə kuryoz hadisə ilə üzləşib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, səhiyyə naziri Arsen Torosyanı səhvən maliyyə naziri kimi təqdim edib.

 

Paşinyan Asiya İnkişaf Bankının qrant laiyhəsi barədə danışarkən bunları söyləyib.

 

“Məruzəçi maliyyə naziri Arsen Torosyandır...üzr istəyirəm, səhiyyə naziri”.

 

Səhiyyə naziri çıxış edən zaman Paşinyandan ondan maliyyə naziri olmaq istəyib-istəməməsini soruşub.

 

“Maliyyə naziri olsanız ayrılan pulların miqdarını da artırardıq”-deyə Paşinyan deyib.

 

Nazir isə Paşinyanın onu yenidən “maliyyə naziri” adlandırdığı halda bu barədə düşünəcəyini dilə gətirib.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok