Modern.az

Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən SİLAH ALIB

Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən SİLAH ALIB

Dünya

28 Avqust 2020, 13:50

Ukrayna Azərbaycan Ordusunun arsenalındakı “Kolçuqa” komplekslərini təmir və modernləşdirib.

 

Modern.az xəbər verir ki, “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat sistemidir.

Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləməyə imkan verir. “Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.

 

Akitv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu