Modern.az

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd edir - NAZİRLİK

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd edir - NAZİRLİK

14 Sentyabr 2020, 12:11

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok