Modern.az

Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi

Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi

22 Sentyabr 2020, 14:48

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

 

Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok