Modern.az

Deputat özünü təbrik etdi - Tənqidlərə tuş gəldi

Deputat özünü təbrik etdi - Tənqidlərə tuş gəldi

Aktual

23 Sentyabr 2020, 15:56

Deputat Ramil Həsəninin sosial şəbəkədə özünü təbrik etməsi birmənalı qarşılanmayıb.

Modern.az
xəbər verir ki, R.Həsən doğum günü münasibətilə özü özünü təbrik edib. 


“Bu gün VI çağırış Milli Məclisin deputatı, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ramil Həsənin doğum günüdür.

Bu münasibətilə Ramil müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı və fədakar fəaliyyətində bol-bol uğurlar arzulayırıq !”, - deputat sosial şəbəkədə yazıb.

Deputatın bu addımı sosial şəbəkədə tənqidlərə tuş gəlib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək