Modern.az

Prezidentdən keçmiş deputatla bağlı SƏRƏNCAM

Prezidentdən keçmiş deputatla bağlı SƏRƏNCAM

Aktual

25 Sentyabr 2020, 09:26

Keçmiş deputat Əli Əlirzayev Prezident İlham Əliyevin sərəncamı əsasında  Şöhrət” ordeni ilə təltif olunub.

Modern.az-ın məlumatına görə, Ə.Əlirzayev Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu təltifə layiq görülüb.

Əli Əlirzayev Azərbaycan Dövlət İqtisad Universitetinin Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri, İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimidir.

O, 1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, İqtisadi siyasət komissiyasının sədr müavini olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı