Modern.az

Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO

Naftalanda COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir - FOTO

Aktual

26 Oktyabr 2020, 14:13

Kurort şəhəri Naftalanda koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə mübarizə tədbirləri çərçivəsində növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

 

Modern.az xəbər verir ki, şəhərin küçə, prospekt və yolları, eləcə də çoxmənzilli yaşayış binalarının həyəti  su çiləyici texnikalar vasitəsilə dezinfeksiyaedici kimyəvi məhlulla növbəti dəfə yuyulub. 

 

Bununla yanaşı, çoxmənzilli yaşayış binalarının ümumi istifadə yerlərində, binaların həyətindəki söhbətgahlarda, parklarda, ticarət və xidmət obyektlərində, ödəniş terminalları və bankomatlar olan yerlərdə təkrar dezinfeksiya işləri aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək