Modern.az

Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi

Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi

Aktual

29 Oktyabr 2020, 20:01

"Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır. Bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür".

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir