Modern.az

Ronaldo koronavirusdan sağaldı

Ronaldo koronavirusdan sağaldı

Aktual

31 Oktyabr 2020, 00:27

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo koronavirusdan sağalıb. 

 

Modern.az xəbər verir ki, 35 yaşlı portuqaliyalının son testinin nəticəsi neqativ çıxıb. 

 

Ronaldo 19 gün müddətində ev şəraitində müalicə alıb. Turin klubunun rəsmi məlumatına görə, yaxın vaxtlarda Ronaldo komandaya qayıdacaq və məşq prosesini bərpa edəcək. 

 

Qeyd edək ki, Millətlər Liqası çərçivəsində keçiriləcək oyun üçün Portuqaliya yığmasının tərkibində Ronaldo koronavirus testindən keçmiş və nəticəsi pozitiv çıxmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok