Modern.az

Lavrov: “Qarabağla bağlı razılaşmanın pozulmasına imkan verməyəcəyik”

Lavrov: “Qarabağla bağlı razılaşmanın pozulmasına imkan verməyəcəyik”

Dünya

17 Noyabr 2020, 14:40

Rusiya XİN rəhbəri Sergey Lavrov Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Ermənistanın 17 siyasi partiyasının 10 noyabr razılaşmasının pozulması istəyini tənqid edib.

“Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın reviziya olunmasına imkan verməyəcək”.

 

Bundan başqa, rusiyalı nazir ABŞ Dövlət Departamentinin 10 noybar razılaşması ilə bağlı əlavə məlumat tələb etməsindən təəccübünü gizlətməyib.

 
O ki, qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, Lavrov deyib ki, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar.

"Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır