Modern.az

Bakıda köşk yandı - ölən var

Bakıda köşk yandı - ölən var

Aktual

28 Noyabr 2020, 00:01

Bakıda yanğın zamanı bir nəfər ölüb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…