Modern.az

Messi Maradonanı yad etdi, əvəzində sarı vərəqə aldı - VİDEO

Messi Maradonanı yad etdi, əvəzində sarı vərəqə aldı - VİDEO

29 Noyabr 2020, 20:40

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya çempionatının 11-ci turu çərçivəsində “Osasuna”ya qarşı qarşılaşma zamanı əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini yad edib.

 

Modern.az xəbər verir ki, matçın 73-cü dəqiqəsində fərqlənən argentinalı qoldan sonra “Nyuells Old Boyz”un 10 nömrəli formasını göstərib.

 

Hər iki futbolçu fərqli vaxtlarda bu klubun şərəfini qoruyub.

 

Qeyd edək ki, Messi bu hərəkətinə görə sarı vərəqə alıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək