Modern.az

Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb

Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb

Dünya

8 Dekabr 2020, 13:00

Ermənistan müxalifətinin Paşinyana istefa verməsi üçün verdiyi ultimatumun müddəti saat 12:00-da başa çatıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan sonra 16 siyasi partiya, o cümlədən “Daşnaksütyun” partiyasının üzvləri kütləvi itaətsizlik aksiyasına çağırış ediblər.

Daşnakların rəsmisi İşxan Saqatelyan vətəndaşları yolları bağlamağa, polisi isə baş nazirin tələblərini icra etməkdən boyun qaçırmağa çağırıb.  

 

 

Müxalifət nümayəndələrinin Yerevanın küçə və prospektlərini bağlamağa başladığı xəbər verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir