Modern.az

Bakıda saxta diplom satan 3 qadın yaxalanıb

Bakıda saxta diplom satan 3 qadın yaxalanıb

Təhsil

27 Yanvar 2010, 13:34

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova saxta diplom hazırlayaraq satdıqlarına görə saxlanılıblar. Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılan şəxslər əlbir olaraq Nərgizə Əhmədovanın adına tərtib olunmuş, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin “İbtidai Sinif Müəllimi” fakültəsini bitirməsi barədə saxta diplomu hazırlayaraq, Nərgizənin əri Eldar Axundova 12.500 dollara satıblar. Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü