Modern.az

Türkiyə prezidentinin oxuduğu şeirdə məqsəd İran olmayıb - Həsən Ruhani

Türkiyə prezidentinin oxuduğu şeirdə məqsəd İran olmayıb - Həsən Ruhani

14 Dekabr 2020, 18:07

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram".

 

Modern.az-ın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani media mənsubları ilə mətbuat konfransında deyib.

 

H.Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Türkiyə prezidentinin oxuduğu şeirdə məqsəd İran olmayıb:

 

“Buna əsasən, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.

 

İran prezidenti deyib ki, öıləsində bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok