Modern.az

Türkiyədə koronavirusun təhlükəli növü aşkarlandı

Türkiyədə koronavirusun təhlükəli növü aşkarlandı

1 Yanvar 2021, 21:39

Türkiyədə koronavirusun yeni ştammına 15 yoluxma aşkarlanıb.

 

Modern.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, virusun aşkarlandığı şəxslər bu günlərdə Türkiyəyə İngiltərədən gəliblər. Hazırda onların səhhəti nəzarət altındadır. Koronavirusun yeni ştammının aşkarlandığı şəxslərin təmasda olduqları şəxslər də karantinə alınıb.

 

Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok