Modern.az

Saakaşvili müxalifətə səsləndi: "Biz bu xalqa öz hüquqlarını qaytarmalıyıq"

Saakaşvili müxalifətə səsləndi:

Dünya

10 Yanvar 2021, 08:48

"Xalqa öz səsini və hüquqlarını qaytarmalı, kasıbçılığa, qanunsuz davranışlara qalib gəlməyik və bu tez bir zamanda baş verməlidir".

 

Modern.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili video çıxışında deyib. O, həmçinin ölkə müxalifətinə də müraciət edərək bildirib ki, ölkənin müxtəlif regionlarına gedərək əhali ilə görüşsünlər:

 

"Sizin daha çox imkanlarınız var. Mən xalqımla sadəcə skayp və telefon vasitəsilə əlaqə qururam. Bizim gücümüz xalqın əlindədir. Xalqımızın seçim azadlığını əlindən alıblar, xalqımız ədalət tələb edir. Biz bu xalqa öz səsini, öz hüquqlarını qaytarmalıyıq. Biz ölkədəki kasıbçılığa, qanunsuz davranşlara qalib gəlməliyik və bu tez bir zamanda baş tutmalıdır. Gürcüstanın itirəcəyi vaxtı yoxdur", - deyə Mixeil Saakaşvili bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir