Modern.az

Gəncədə azyaşlı dəm qazından boğuldu

Gəncədə azyaşlı dəm qazından boğuldu

Aktual

16 Yanvar 2021, 22:08

Gəncədə azyazşlı qız dəm qazından boğulub. 

 

Modern.az xəbər verir ki, hadisə şəhərin “Sovxoz Nizami” adlanan ərazisində yerləşən yaşayış binasında baş verib. 

 

2006-cı il təvəllüdlü C.S yaşadığı evdə dəm qazından boğulmuş vəziyyətdə tapılıb. 

Azyaşlı yaxınlarının köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə qızın həyatını xilas etmək mümkün olub.

Hazırda onun vəziyyəti orta-ağırdır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok