Modern.az

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

“Beşiktaş” “Qalatasaray”ı məğlub etdi

Aktual

17 Yanvar 2021, 22:16

Türkiyə Super Liqasında 19-cu turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

 

Modern.az xəbər verir ki, İstanbul derbisi "Beşiktaş"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Qolları 79-cu dəqiqədə Xosef Souza, 90+1-ci dəqiqədə Jorj-Kevin Nkudu vurub. 

 

Bununla da "Beşiktaş" xallarını 38-ə çatdıraraq turnir cədvəlinin vahid lideri olub. "Qalatasaray" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir