Modern.az

Türkiyə vətəndaşları Azərbaycana bu sənədlərlə səfər edəcəklər

Türkiyə vətəndaşları Azərbaycana bu sənədlərlə səfər edəcəklər

Aktual

19 Yanvar 2021, 18:17

Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.

 

Həmin sənədlər aşağıdakılardır:

 

1. Türkiyə Respublikasının diplomatik pasportu;

 

2. Türkiyə Respublikasının xüsusi pasportu;

 

3. Türkiyə Respublikasının xidməti pasportu;

 

4. Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

 

5. Türkiyə Respublikasının Dənizçinin kitabı;

 

6. hava gəmisi heyətinin səyahət sənədi;

 

7. Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;

 

8. Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir