Modern.az

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

Dünya

26 Yanvar 2021, 10:24

Ermənistan parlamenti buraxıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazır. Qəzetin məlumatına görə, iqtidardakı “Mənim addımım” fraksiyası parlamentə özünü buraxmaq səlahiyyəti verən konstitusion düzəlişlər paketini qəbul etməyə hazırlaşır.

Düzəlişlərə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi deputatların 3/5 hissəsinin istəyi ilə baş tuta bilər.

 

“Aykakan Jamank” qəzetinin baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olması yayılan məlumatın yüksək ehtimalla doğru olmasından xəbər verir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir