Modern.az

Almaniyada beş məscid bağlandı

Almaniyada beş məscid bağlandı

Aktual

26 Fevral 2021, 22:08

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində beş məscid müvəqqəti olaraq ibadətə bağlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, əyalətin Düren şəhərində bir məscidə gedən doqquz nəfərdə koronavirusun Britaniya ştammının aşkarlanması ilə əlaqədardır.

 

Digər dörd məscid təhlükəsizlik üçün qapadılıb.

 

Şəhər idarəsi bağlı məscidlər əvəzinə, başqa ibadət ocaqlarına üz tutmaq istəyənlərə xəbərdarlıq edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…