Modern.az

Snayperlər Paşinyanı belə qoruyur - VİDEO

Snayperlər Paşinyanı belə qoruyur - VİDEO

Aktual

3 Mart 2021, 23:20

Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanda parlament binasının qarşısına toplaşaraq onun istefasını tələb ediblər.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar olaraq parlamentin eyvanında snayperlər görünüb. Hasarlardan kənarda isə işıq-səs qumbarası quraşdırılıb. Yük maşınlarında da tikanlı məftillər gətirilib.

 

Bu barədə RT kadrlar təqdim edib.

 

Məlumata görə, Nikol Paşinyan hökumət saatında iştirak etmək üçün Milli Yığıncağın binasında olub. O, istefası barədə fevralın 25-də prezident Armen Sarkisyana vəsatət göndərdiyi Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın namizədliyi ilə bağlı son qərarı verməlidir.

 

Qeyd edək ki, Ermənistanın dövlət başçısı istefanı təsdiqləməkdən iki dəfə imtina edib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir