Modern.az

YAP İdarə Heyətindən kənarlaşdırılanların tam SİYAHISI

YAP İdarə Heyətindən kənarlaşdırılanların tam SİYAHISI

Aktual

5 Mart 2021, 14:06

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.

 

Modern.az xəbər verir ki, indiyə kimi İdarə Heyətinin üzvü olan bəzi tanınmış YAP-çılar kənarda qalıblar. Onlar yeni İdarə Heyətinə üzv seçilməyiblər.

Bunlar aşağıdakılardı:

 

1. Hacıbala Abutalıbov - təqaüdçü
2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini
3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
4. Akif Əlizadə
5. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
6. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini
7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri
8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
10. Abel Məhərrəmov – akademik
11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

Qeyd edək ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir