Modern.az

Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı

Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı

Aktual

7 Mart 2021, 16:49

Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlı Urfanın Akçakale rayonunda saxlanılıb.

 

Modern.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

 

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok