Modern.az

SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü oldu

SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü oldu

7 Aprel 2021, 20:06

2021-ci ilin martında Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü "SOCAR Ukraine" şirkəti olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

Hesabat dövründə şirkət Ukraynaya 2,3 min ton benzin tədarük edib.

WOG tərəfindən 2,2 min ton, "Amik Ukraina" tərəfindən 2 min ton, "Alyans Oyl Ukraina" tərəfindən 1,3 min ton benzin tədarük olunub.

 

Ümumilikdə, mart ayında Ukrayna 92,3 min ton avtomobil benzini idxal edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi