Modern.az

Azərbaycanlı boksçu erməni rəqibini məğlub edib

Azərbaycanlı boksçu erməni rəqibini məğlub edib

Aktual

14 Aprel 2021, 17:06

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Yarışların ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov (52 kq) ilk döyüşünü keçirib. Bu döyüşdə Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib. Ə.Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Görüş aprelin 15-də keçiriləcək.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok