Modern.az

İskəndər Pala azərbaycanlı oxucuları ilə görüşüb

İskəndər Pala azərbaycanlı oxucuları ilə görüşüb

18 Sentyabr 2012, 13:15

Türkiyəli yazıçı İsgəndər Pala sentyabrın 17-si Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında oxucularla görüşüb. Görüşü təşkil edən “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin yaydığı məlumata görə, İsgəndər Pala yaradıcılıq kredosu, ədəbi-fəlsəfi məntiqi barədə danışıb, oxucuların suallarını cavablandırıb.

Alimlər Vaqif Abbasov, Əsgər Rəsulov, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı İsgəndər Pala yaradıcılığı barədə mülahizələrini bölüşüblər. Sonda yazıçının Bakıda çap olunmuş “Od” romanının imzalanma mərasimi olub.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir