Modern.az

Mourinyo "Roma"nın baş məşqçisi oldu

Mourinyo

Aktual

4 May 2021, 17:43

Portuqaliyalı məşqçi Joze Mourinyo İtaliyanın "Roma" futbol klubunun baş məşqçisi təyin olunub.

 

Modern.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo 2021-22 mövsümündən etibarən "Roma"ya rəhbərlik edəcək.

 

Bu, onun İtaliyada ikinci işi olacaq. Mourinyo 2008-2010-cu illərdə Milan "İnter"inə rəhbərlik edib və iki İtaliya çempionluğunu, 2010-cu ildə Çempionlar Liqasını qazanıb.

 

Portuqaliyalı məşqçi ötən ay İngiltərənin "Tottenhem" klubundakı vəzifədən azad edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü