Rusiyanın Xabarovsk vilayətində Su-35S qırıcı təyyarəsi təlim uçuşu zamanı mühərrikin dayanması nəticəsində qəzaya uğrayıb.
Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.
Təyyarənin Oxotsk dənizinin ərazi sularına düşdüyü qeyd edilir.
Bldirilir ki, pilot təyyarədən enə bilib və sağ qalıb.