Modern.az

Sahibə Qafarova İranda səfərdədir - FOTO

Sahibə Qafarova İranda səfərdədir - FOTO

Parlament

5 Avqust 2021, 13:33

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova  İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə  səfərə gedib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görəTehranın Mehrabad Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini İslam Şurası Məclisinin sədr müavini Mütəfəkkir Azad, Azərbaycanın bu ölkədəki səfiri Bünyad Hüseynov qarşılayıblar.

 

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildirlər.

 

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin bir sıra rəsmi şəxslərilə görüşləri də nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok