Modern.az

Gürcüstanda bank soymağa cəhd etdi, qandallandı

Gürcüstanda bank soymağa cəhd etdi, qandallandı

Dünya

12 Sentyabr 2021, 15:51

Kvareli rayonunda "Gürcüstan Bankı"-nın filialını soymağa cəhd edən şəxsin məhkəmə iclası baş tutub.

 

Modern.az xəbər verir ki, Telavi rayon məhkəməsinin hakimi Marine Çerçvadze növbəti məhkəmə iclasınadək ittiham edilən Şalva Melikişvilinin həbsdə saxlanılmasına qərar verib.

 

Sözügedən şəxslə bağlı növbəti məhkəmə iclası 2 noyabr tarixində keçiriləcək.

 

Qeyd edək ki, 8 sentyabr tarixində Kvareli rayonundakı "Gürcüstan Bankı"-nın filialına hücum edərək, 15 nəfərədək şəxsi girov götürmüş silahlı daha sonra polis tərəfindən həbs edilib. İnsident zamanı xəsarət alan olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…