Modern.az

Ermənistanda su 24% bahalaşa bilər

Ermənistanda su 24% bahalaşa bilər

Dünya

14 Sentyabr 2021, 12:05

Ermənistanda suyun qiyməti bahalaşa bilər.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkənin su təchizatına cavabdeh “Viola Jur” QSC bununla bağlı İctimai Xidmətin Tənzimlənməsi Komissiyasına müraciət edib.

 

Hazırda 1 kubmetr su təchizatına görə, Ermənistan sakinləri 180 dram ödəniş edir. Yeni qərar təsdiqlənərsə, bu qiymət 223,7 drama çata bilər.

 

Faktiki olaraq, ölkədə suyun qiyməti 24% artmış olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok