Modern.az

Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar

Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar

Aktual

24 Sentyabr 2021, 00:19

Bu gün Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 6-cı turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 6-cı turda Sloveniyanın “Sloven Ruma” komandası ilə mübarizə aparıb. Qarşılaşma komandamızın 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok