Modern.az

Lavrov: "ABŞ Əfqanıstandan nəticəni düşünmədən geri çəkilib"

Lavrov:

Dünya

26 Sentyabr 2021, 10:51

"ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması tələsik və nəticəni düşünmədən verilən qərar olub".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

"Təəssüf ki, Əfqanıstandan qoşunların geri çəkilməsi düşünülmədən verilən qərar olub. Orada çoxlu silah qaldı, bu silahların qeyri-konstruktiv məqsədlər üçün istifadə edilməyəcəyinə əmin olmaq lazımdır", - deyə Lavrov qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda terror təhlükəsi artıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək