Modern.az

Saakaşvilinin ayaqları şişib, yeriyə bilmir

Saakaşvilinin ayaqları şişib, yeriyə bilmir

Dünya

12 Oktyabr 2021, 15:35

Aclıq aksiyasının 12-ci günündə Gürcüstan prezidentinin vəziyyəti ağırlaşıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ayaqları şişən Saakaşvili yerimə qabiliyyətini itirib. Bu barədə onun vəkili Georgi Gelhauri açıqlama verib.

“Saakaşvilinin ayaqları şişib. Buna görə yeriməkdə çətinlik çəkir. Bunlara görə hazırda  şəxsi həkiminin nəzarəti altında olması çox önəmlidir. Mişa hər gün şəxsi həkiminin yanına gəlməsini istəyir”-deyə Gelhauri əlavə edib.

 

Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok