Modern.az

Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq

Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq

Dünya

17 Oktyabr 2021, 00:10

ABŞ Quantanamo həbsxanasında qalan yeganə əfqanıstanlı məhbusu azad edəcək

 

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstanın “The Khaama Press” nəşri məlumat yayıb.

 

2007-ci ildən bəri həbsxanada cəza çəkən 40 yaşlı Əsədullah Harunqulanın azad edilmə qərarı ekstremist qruplara rəhbərlik etməməsi ilə izah olunur və bundan başqa keçmişdə etdiyi işdən peşman olduğunu bildirməsidir.

 

Qeyd edək ki, Harun Əl-Əfqani kimi də tanınan məhbus 2007-ci ildə ekstremist qruplarla əlaqədə olmaq ittihamı ilə həbs edilib.

 

Həbsxanada olduğu illər ərzində o, günahsız olması barədə 900 məktub yazıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu