Modern.az

Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR

Ərdoğan oktyabrın 26-da Bakıya GƏLİR

Ölkə

19 Oktyabr 2021, 13:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb. 

 

İnformasiya Türkiyə Prezidentinin Administrasiyasındakı mənbəyə istinadən verilib.


Məlumatda bildirilir ki, dövlət başçısı oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.


Türkiyənin "Haber Global” telekanalı isə məlumat verib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılmaq üçün gedir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok