Modern.az

Az-Granata nümayəndələri Naftalanda

Az-Granata nümayəndələri Naftalanda

Aktual

27 Oktyabr 2021, 15:55

Az-Granata nümayəndələri Naftalanda olublar.

 

Modern.az xəbər verir ki, görüşdə Az-Granata rəhbərliyi tərəfindən şəhərdə mağazanın açılması və gələcəkdə Naftalan markası adı altında məhsulların istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Həmçinin nümayəndələr tərəfindən istehsal olunacaq məhsulların Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndinin nar bağlarında yetişdirilən, öz dadı ilə regionda məşhur olan narlardan hazırlanaraq xüsusi texnologiya və dizayn ilə qablaşdırılması təklif olunub. Bu da şəhərə gələn yerli və xarici turistlərin marağına səbəb olması ilə yanaşı, naftalan adı altında buraxılan məhsulların dünyada daha çox tanınmasına öz töhfəsini verəcək.

 

Sonda şirkətin istehsalı olan bir sıra məhsullar nümayiş etdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir