Modern.az

Deputat pensiya yaşının azaldılmasını TƏKLİF ETDİ

Deputat pensiya yaşının azaldılmasını TƏKLİF ETDİ

Ölkə

17 Noyabr 2021, 12:10

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bu təkliflə deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib.

 

Ə. Məsimli bildirib ki, "inkişaf etmiş ölkələrdə insanlar pensiya yaşına çıxdıqdan sonra həyatlarının romantik dövrü başlayır:

"Lakin Azərbaycanda insanlar pensiyaya çıxdıqdan sonra həyatlarının məşəqqətli dövrü başlayır". 


Deputatın sözlərinə görə, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır:

 

“Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır”.

 

Qeyd edək ki, 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi