Modern.az

Putin Paşinyana söz verdi: “Əlimizdən gələni edəcəyik”

Putin Paşinyana söz verdi: “Əlimizdən gələni edəcəyik”

Aktual

26 Noyabr 2021, 22:00

"Rusiya Ermənistanla münasibətlərin strateji və müttəfiq xarakterini yüksək qiymətləndirir."

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini bildirib.

 

“Rusiya ilə Ermənistan arasında münasibətlər strateji xarakter daşıyır, müttəfiqdir, dərin tarixi köklərə malikdir. Biz bunu çox qiymətləndiririk və əlaqələrimizin bu səviyyəsini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Düzdür, son bir ildə ticarət dövriyyəsi bir qədər azalıb, lakin bu il o, sürətlə inkişaf edir və ümid edirəm ki, nəinki pandemiyadan əvvəlki səviyyəyə çatılacaq, hətta biz daha da irəli gedəcəyik”, - Putin bildirib.

 

Qeyd edək ki, ikitərəfli görüş artıq başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok