Modern.az

ABŞ bu ölkəyə 25 il sonra səfir göndərdi

ABŞ bu ölkəyə 25 il sonra səfir göndərdi

27 Noyabr 2021, 23:21

ABŞ 1996-cı ildən bəri ilk dəfə Sudana səfir təyin edib

 

Modern.az xəbər verir ki, bu barədə Sudanın SUNA adlı rəsmi xəbər agentliyi məlumat yayıb.

 

Diplomat Con Qodfri ABŞ-ın Xartumdakı səfiri vəzifəsinə təyin edilib.

 

Qodfri 1996-cı ildən, iki ölkə arasında diplomatik əlaqələrin kəsildiyi vaxtdan bəri ABŞ-ın Xartuma təyin edilən ilk səfiri olub.

 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ missiyasının vitse-prezidenti olan Qodfri Birləşmiş Millətlər Təşkilatının Vyana missiyasında, İraq, Liviya və Suriya səfirliklərində xidmət edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək