Modern.az

2 saylı cəzaçəkmə müəssisəsində 7 məhkum azad edildi

2 saylı cəzaçəkmə müəssisəsində 7 məhkum azad edildi

3 Dekabr 2021, 12:51

Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkum azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

 

O bildirib ki, həmin şəxslərə amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:

 

"Onlardan 6 nəfəri azadlığa buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok