Modern.az

Şuşada məktəb tikintisinə BAŞLANILIR

Şuşada məktəb tikintisinə BAŞLANILIR

9 Dekabr 2021, 13:29

Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Nazir deyib ki, prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir:

 

“Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdəki məktəb layihələri ən yaxşı layihələrdir. Həm Ağdam, həm də Şuşa məktəbi arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi