Modern.az

“Lider” televiziyasının aparıcısı Zemfira: “Əməliyyat olunmadım”

“Lider” televiziyasının aparıcısı Zemfira: “Əməliyyat olunmadım”

Mədəni̇yyət

25 Dekabr 2012, 15:06

“Xəstəliyimlə bağlı yenə də nələrinsə yazılmasını istəmirəm”. Bunu Modern. az-a açıqlamasında “Lider” televiziyasındakı “Qızıl pillə” verilişinin aparıcısı Zemfira Adıgözəlova bildirib. Teleaparıcı deyib ki, ailə üzvilərindən birinin xəstələnməsi onun əməliyyatını gecikdirib.

“Ailədə müəyyən problemlər yarandı. Belə ki, doğmalarımdan biri xəstələndi və mən bir növ, qıraqda qaldım. Başımız həmin adama qarışdı. Bir də gördüm ki, artıq əməliyyat üçün gecdir. Çünki qış aylarında ürəkdən əməliyyatın edilməsi məsləhətli deyil. Qışda əməliyyatdan sonra damarların tutulması halları ola bilər. Yaz aylarında da damarların genişlənməsi olduğundan əməliyyatı yaza saxladıq. Arada bir ağrılar güclənir, iynə-dərmanla sakitləşdiririk. Amma artıq istəmirəm saytlar xəstəliyimlə bağlı daha nə isə yazsınlar. Yaxın zamanlarda mətbuata həyata keçirəcəyim yeni layihəylə bağlı məlumat verəcəyəm”.

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!