Modern.az

Hemofiliyalı xəstələrin sayı AÇIQLANDI

Hemofiliyalı xəstələrin sayı AÇIQLANDI

Aktual

21 Yanvar 2022, 13:14

“Hazırda Azərbaycanda 1737 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova bildirib.

 

Onun sözlərinə görə, xəstələrin respublika ərazisində yayılma tezliyin Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda çox yayılıb:

 

“Hemofiliya irsi genetik xəstəlik olduğu üçün, daima müşahidə olunan qanaxma və qansızmalar əvəzedici terapiya ilə müalicə olunur. Buna görə bu xəstələrin daimi əlillik və ölüm riski ola bilər”.

 

 

E.Qədimova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişi cinsinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişi cinsinin 1 nəfərində təsadüf edilir:

 

“Hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir.Tədqiqatların nəticələri isə göstərir ki, son 30 ildə bu xəstələrin sayı durmadan artmaq üzrədir. Buna səbəb diaqnostikanın yaxşılaşması, əvəzedici terapiyanın geniş sürətdə tətbiqi və nəticə etibarı ilə xəstələrin ömürlərinin uzanmasıdır”.

 

"Prenatal diaqnostika vasitəsi ilə (molekulyar genetik müayinə) dölün sağlamlıq haqqında məlumat almaq olar. Hemofiliyalı qadın əvəzedici terapiya (VIII, IX, Villebrand faktor preparatları) fonunda dünyaya övlad gətirə bilər. Elmi-Praktiki Hemofiliya Mərkəzində hər il orta hesabla 4-5 xəstə qadın ana olur", - deyə, E.Qədimova qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var