Modern.az

Qəbul imtahanlarının II mərhələsi 2 dəfə keçiriləcək

Qəbul imtahanlarının II mərhələsi 2 dəfə keçiriləcək

25 Yanvar 2022, 16:55

“Qəbul imtahanlarının nə zaman keçiriləcəyi bilinmir. Dəqiq tarixləri bilinməsə də, qəbul imtahanına qeydiyyatla bağlı prosesə fevralın sonu, martın əvvəlində başlamaq nəzərdə tutulub”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

 

Onun sözlərinə görə, qəbul imtahanlarının II mərhələsinin 2 dəfə keçirilməsi nəzərdə tutulub

 

DİM rəsmisi, həmçinin qeyd edib ki, qəbul imtahanlarının tarixləri dəqiqləşən kimi elan ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik