Modern.az

Bakıda “parkovşik mafiyası” – Cərimə çıxış yolu deyil

Bakıda “parkovşik mafiyası” – Cərimə çıxış yolu deyil

27 Yanvar 2022, 17:06

“Təkcə “parkovşiklərə” yox, onlara kömək edən bəzi şəxslərə qarşı da ciddi ölçü götürülməlidir. Bu məsələlərdə bəzi saxta əlil, saxta qazi və keçmiş polis işçilərinin adları hallanır”.

 

Bu fikirləri nəqliyyat eksperti Elməddin Muradlı son günlər ciddi müzakirələrə səbəb olan qanunsuz parklanma ilə bağlı Modern.az-a danışarkən bildirib.

 

O, parklanma tariflərinin müəyyən edilməsini təklif edib:

 

“Qanunsuz parklanmalara qarşı həftənin ilk günlərindən polis tərəfindən müəyyən tədbirlərə başlanıldı. Çox təəssüf ki, mühafizə orqanları tərəfindən bu qədər çağırışlara baxmayaraq, “parkovşiklər” yenidən iş başındadılar. Görünür ki, bu mafia çox güclüdür. Polisin bu addımlarını ciddi qəbul etmirlər. Düşünürəm ki, bu istiqamətdə nəzarət tədbirləri ciddi şəkildə aparılmalıdır. Təkcə “parkovşiklərə” yox, onlara kömək edən şəxslərə qarşı da ciddi ölçü götürülməlidir. Çünki, sadəcə belə tədbirlərə effektiv olmayacaq”.

 

 

Bununla yanaşı, E.Muradlı hesab edir ki, Nazirlər Kabineti parklanma ilə bağlı qaydaları və tarifləri müəyyənləşdirməlidir. Parklanma normal qaydalar və tariflər əsasında vətəndaşlara təqdim olunmalıdır. Sürücülər də ödədikləri vəsaitin kimə və hara getdiyini bilməlidir.

 

“Qeyd edim ki, aylıq parklanmadan əldə olunan məbləğ 300 min manatı ötür. Bəzi saxta əlil, qazi və keçmiş polis əməkdaşlarının bu işdə adı çəkilir. Cərimələrin artırılması məsələdən çıxış yolu deyil. Amma müəyyən qədər təsiri olacaq. Cərimə, qəza, polis... Bunlar olduqda əhalimiz özünü yığışdırır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü