Modern.az

BŞTİ-də İctimai Şura üzvlərilə görüş keçirildi

BŞTİ-də İctimai Şura üzvlərilə görüş keçirildi

Təhsil

29 Yanvar 2022, 15:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri Günel Səfərova, İctimai Şuranın üzvləri və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər. 

 

Əsasən təhsilə ictimai baxış mövzusunda müzakirələr aparılan görüşdə məktəbə və müəllimə qarşı düzgün ictimai rəyin formalaşması barədə söhbət açılıb və qarşıda duran vəzifələrə dair fikirlər söylənilib.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva İctimai Şura üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. M.Vəliyeva BŞTİ-nin qarşıdakı müddətdə paytaxt təhsilinin yenilənməsi, qarşıya qoyulmuş hədəflərə çatması baxımından İctimai Şura ilə səmərəli əməkdaşlığa nail olunacağına inamını bildirib.


İdarə müdiri ötən il qazanılmış uğurlar və 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib.  İdarə müdiri həmçinin İctimai Şuranın iştirakı ilə məktəblərdə pedaqoji kollektiv, valideyn və şagirdlərlə görüşlərin təşkilinin faydalı ola biləcəyini diqqətə çatdırıb.

 

Nazir müşaviri Elnur Nəsibov Təhsil naziri adından görüş iştirakçılarını salamlayıb, İctimai Şuranın fəaliyyətinin səmərəli təşkilindən söz açıb. E.Nəsibov təhsilin daim inkişaf edən, təkmilləşən strateji sahə olduğunu bildirib. 
E.Nəsibov həmçinin son günlər təhsillə bağlı baş verən bir sıra məsələlərə də toxunub. Bildirib ki, ictimai dialoq, müzakirə və birgə iş nəticəsində təhsillə bağlı mövcud problemlər müəyyən edilməli və onlar ictimai səviyyədə müzakirə olunmalıdır. O, bu işdə daha yaxşı nəticələr əldə etmək üçün cəmiyyətin və ictimaiyyətin təmsilçisi kimi İctimai Şuranın dəstəyinə ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, pedaqoji təhsildəki yeniliklərin müəllimlərə operativ ötürülməsi üçün məqsədyönlü təlimlərin təşkili, yeni yanaşmalarla təcrübənin sintezi, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, monitorinqlərin hədəflərinin dəqiq müəyyənləşdirilməsi və digər müvafiq məsələlər üzrə təklif və tövsiyələrini səsləndiriblər.

 

Müzakirələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü