Modern.az

Günel Səfərova \"Omicron\"a yoluxdu: “Maskanı çıxarmayın”

Günel Səfərova \

10 Fevral 2022, 10:34

Təhsil Naziri yanında İctimai Şuranın sədri Günel Səfərova koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a açıqlamasında Günel Səfərova özü bildirib.

 

G.Səfərova deyib ki, koronavirusun “Omicron” ştamına yoluxub.

 

Hazırda ev şəraitində müalicə aldığını və karantində olduğunu deyən sədr insanlara çağırış edib:

 

“Bir saat yaxşı oluram, 2-3 saat özümü yorğun hiss edirəm. Mənə elə gəlir ki, bu bədən haldan-hala düşdüyü üçün insanlar özlərini yorğun hiss edir. Yorucudur. Bundan da pis qrip keçirmişik, amma bu bir az insanı yorğun salır. Mən çox avtiv insanam, yorulmaq nədir bilmirdim. Çalışmaq lazımdır ki, virusa yoluxmayaq”.

 

G.Səfərova allergik olduğu üçün yalnız vitaminlər qəbul etdiyini açıqlayıb:

 

“Böyük tədbirlərə gedəndə ehtiyatlı olmaq lazımdır. Orda virusa yoluxma ehtimalı böyükdür. Mən həmişə bu kimi tədbirlərdə maskanı çıxarırdım. Amma lazım deyilmiş”.

 

İctimai Şuranın sədri bildirib ki, karantin müddəti 7 günə salınsa da, o 2-3 gün də əlavə karantində qalmağı planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir